İdman

"Qarabağ"ın qapıçısı yenidən millidə

Metbuat.az
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına dəvət alıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiper "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Andorra ilə oyuna çağırılıb.

Qeyd edək ki, Bosniya və Hersoqovina yığması martın 28-də səfərdə Andorranın qonağı olacaq.

Xatırladaq ki, Şehiç daha öncə yığmanın heyətində 3 oyun keçirib.

Milli.Az