İdman

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Topaz Premyer Liqasının XXV turu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün bu komandanın heyətində 200-cü çempionat matçı kimi tarixə düşüb.


Peşəkar Futbol Liqasından

AZƏRTAC

-a bildiriblər ki, “Xəzər-Lənkəran”la görüşə (1:0) start heyətində çıxan futbolçu 2001/2002-ci mövsümündə debüt etdiyi klubdakı oyunlarının sayını yubiley həddinə çatdırıb. Ölkə çempionatında “Xəzər-Lənkəran”, “Masallı” və “Karvan”da da oynayan V.Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub.