"Qarabağ"dan möhtəşəm qələbə, "Neftçi"dən məğlubiyyət
Bu gün Topaz Premyer Liqasında XXV turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Tura Bakı derbisi ilə start verilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan "Neftçi" - "İnter" oyununda iki qol vurulub. Hesab 49-cu dəqiqədə açılıb. Məqsəd İsayevin avtoqolu "İnter"i sevindirib. 87-ci dəqiqədə isə Asif Məmmədov fərqlənib.
AZAL - "Bakı" oyununda da iki qol vurulub və iki qırmızı vərəqə göstərilib. 69-cu dəqiqədə "Bakı"dan Jaba meydandan qovulub. 10 dəqiqə sonra Aydın Qasımov hesabı açıb. 86-cı dəqiqədə AZAL-ın kapitanı Rəşad Abdullayev qırmızı vərəqə alıb. Əlavə vaхtda isə Nicat Qurbanov "təyyarəçilər"in ikinci qoluna imza atıb.
"Qarabağ" - "Xəzər Lənkəran" matçının taleyini bir qol həll edib. 48-ci dəqiqədə avtoqol müəllifi olan Elvin Mirzəyev "Qarabağ"a 3 хal qazandırıb.
Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ı sınağa çəkib. Bu oyun da 2:0 hesabı ilə yekunlaşıb. 23-34-cü dəqiqələrdə dubl edən "Qəbələ"ni sevindirib - 2:0.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edib.
MənbəANS PRESS