İdman

"Qarabağ"dan darmadağın

Metbuat.az

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. ANS PRESS-in məlumatına görə, bütün oyunlar eyni gündə baş tutub.



Artıq 3 oyun başa çatıb. "Qarabağ" Premyer Liqanın autsayderi "Bakı"nı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Reynaldo Silva dubl edib, Vüqar Nadirov bir qol vurub.



"İnter" "Xəzər Lənkəran"ı sınağa çəkib. 2 qolun vurulduğu oyunda hesabı 41-ci dəqiqədə Mikel Alvaro açıb. 69-cu dəqiqədə isə Asif Məmmədov "İnter"in ikinci qolunu vurub.



"Neftçi" fevralın 24-də Premyer Liqada 1:0 hesabı ilə udduğu və böyük söz-söhbətə səbəb olduğu AZAL-ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.



Son oyun "Qəbələ" və "Simurq" arasında keçirilir. Oyun saat 19.00-da başlayıb.



Qeyd edək ki, mərhələnin cavab oyunları martın 13-də keçiriləcək.



Azərbaycan Kuboku


1/4 final


İlk oyunlar



4 mart


Neftçi - AZAL 0:0



İnter - Xəzər Lənkəran 2:0


Qollar: Mikel Alvaro, 41. Asif Məmmədov, 69.



Qarabağ - Bakı 3:0


Qollar: Reynaldo Silva, 6; 32. Vüqar Nadirov, 24.



Qəbələ - Simurq 0:1 (oyun davam edir)


Qol: Draqan Çeran, 11.

Mənbə
ANS PRESS