Digər
Qar qəza gətirdi
Daşkəsəndə sürücü güclü qar səbəbindən avtomobili dərəyə aşırıb
Milli.Az
Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda nəqliyyat qəzası baş verib. Daşkəsən sakini
Rasim İmanovidarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən avtomobili yolun kənarındakı dərəyə aşırıb. Xəsarət alan olmasa da, “VAZ 21011” tam yararsız hala düşüb. Hadisə zamanı avtomobildə olan sürücünün qardaşı
Əli İmanovun sözlərinə görə, qəzaya yolun qarlı və buzlu olması səbəb olub. Hələlik avtomobili dərədən çıxarmaq mümkün olmayıb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az