Qaniçənlərin yeni növü (FOTO)
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün bir neçə yeni növünü aşkar ediblər.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, Araxnologiya laboratoriyasının biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırma nəticəsində Qafqaz faunası üçün 1 yarımfəsilə, 1 cins, 4 növ, Azərbaycan faunası üçün isə 3 cins və 4 növ müəyyən edib.
Alim Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq Spinibdella tenuirostris növünün (Bdellidae fəsiləsi) erkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.
Vurğulamaq lazımdır ki, bu sahə üzrə müxtəlif illərdə bir çox alim tərəfindən araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günə kimi aktinedid gənələrin tədqiqatı yalnız Oqtay Aslanovun adı ilə bağlıdır.
Mənbə
ANS PRESS