Ölkə

“Qan donorluğunun inkişafına dəstək” mövzusunda tədbir keçirilib

Metbuat.az

Gəncə, 16 mart,

AZƏRTAC

Gəncədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə “Qan donorluğunun inkişafına dəstək” adlı seminar-müşavirə keçirilib. Seminar-müşavirədə yüzdən artıq universitet tələbəsi, qeyri-hökumət təşkilatlarının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin proqram rəhbəri Mətanət Qaraxanova

AZƏRTAC

-a deyib ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd gənclərin bu sahəyə marağını artırmaq, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım edilməsində onların fəallığını artırmaqdır.


Seminar-müşavirənin sonunda donorluqla bağlı videoçarx nümayiş etdirilib, iştirakçılara maarifləndirici bukletlər paylanıb.