Digər
Milli.Az
Qadınlar, ehtiyatlı olun!
Qadının pul kisəsini əlindən zorla almış Bakı şəhər sakini tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, martın 9-da Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini
Leylaxanım Zeynalovaya zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb.
Yasamal rayon Polis İdarəsi 27-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini
Əfsun Hüseynovtutulub.
Qeyd edək ki, Ə.Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Milli.Az