Ölkə

Qadınlar cəmiyyətin bəzəyidir

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

 


Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan “Adsız mələk” mövzusunda tədbir keçirilib.


ADU-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə universitetin “Dalğa” rəqs qrupu milli rəqslərimizdən nümunələr ifa edib, tələbələr analara, qadınlara həsr olunan şeirlər, mahnılar səsləndiriblər.


Universitetdə çalışan qadınlar, o cümlədən tələbə qızlar bu ali məktəbin ictimai həyatında göstərdikləri fəallığa görə ADU-nun \\ADU-nun" rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun təşəkkürünə layiq görülüb, həmçinin ADU müəllim həmkarlar ittifaqı komitəsi və tələbə həmkarlar ittifaqı tərəfindən mükafatlandırılıblar.


Sonra “Ana müqəddəsdir” və “Qadına qarşı zorakılığa “Yox!” deyək” mövzularında videoçarx nümayiş olunub.