Ölkə

Qadının sənədlərini və pulunu oğurlayan kişi tutuldu

Metbuat.az

Lənkəranda oğurluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 23-də Lətafət Tağıyevanın evindən 400 manatını və sənədlərini oğurlamış şəhər sakini İman Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.