Digər

Qadın aparıcı qonağının sözünü ağzında qoydu (VİDEO)

Metbuat.az

Livanda bir kanalın efirində gözlənilməz hadisə baş verib. ANS PRESS-in məlumatına görə, qadın aparıcı şeyx Hani Əl Sebanini qonaq edib.



Rima Karaki "Al-Jadeed" adlı kanalda veriliş aparıcısı olub. Aparıcı canlı yayımda şeyxi efirə qoşaraq ona suallar verməyə başlayıb. Qadın xristianların İŞİD terror qruplaşmasına qatılması barədə sual verib. Şeyx suala cavab verəndə aparıcı ona ikinci sualı ünvanlamağa çalışıb. Bu zaman qalmaqal başlayıb.



Lakin söhbət qızışanda qonaq qadına "ağzını yum. İmkan ver danışım. Sən məndən aşağıdasan. Söhbətimə müdaxilə edə bilmərsən" deyib. Bu sözlər ona baha baş gəlib.



Qadın aparıcı əsəbləşərək şeyxə xəbərdarlıq edib. "Bəsdirin, ya qarşılıqlı hörmət əsasında danışacağıq ya da bu söhbət bitəcək", deyərək qonağı ilə bağlantını yarımçıq kəsdirib.





Mənbə
ANS PRESS