Digər

Qadın 8 mart günü qeyri-rəsmi nikah münasibətlərində olduğu kişini öldürüb

Metbuat.az

[ 09 Mart 2015 13:34 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl hadisəsi başı verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş, onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.