Ölkə

Qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edilib

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə “Təsviri sənət”, “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Memarlıq və dizayn”, “Bədən tərbiyəsi və idman” vəsaitləri nəşr edilib.


TQDK-dan

AZƏRTAC

-a bildirilib ki, vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar yer alıb.


Vəsaitləri TQDK- nın satış köşkündən və internet vasitəsilə əldə etmək mümkündür.


Səhifənin qisa keçidi: 

http://www.tqdk.gov.az/~wvHVI