Dünya

Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti ilə Ukraynaya maliyyə və hərbi yardımı müzakirə edib

Metbuat.az

[ 15 Mart 2015 02:42 ]


Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden telefon danışığı zamanı Amerikanın Ukraynaya maliyyə və hərbi-texniki yardımın ayrılması məsələsini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.  

Məlumata görə, söhbət zamanı Poroşenko həmçinin BMT sülhməramlılarının Ukraynanın şərqindəki münaqişə zonasına cəlb edilməsi məsələsini qaldırıb.    

Tərəflər həmçinin Donbasdakı hazırkı vəziyyəti müzakirə ediblər.   

Bundan başqa, söhbət zamanı Poroşenko Rusiya istintaq təcridxanasında saxlanılan ukraynalı hərbi pilot Nadejda Savçenkonun dərhal azad olunmasının vacib olduğunu qeyd edib.