Dünya

Putinin reytinqi artır

Metbuat.az

Rusiya prezidenti Vladimir Putinin seçki reytinqi yeni maksimum həddə çatıb. "İctimai rəy" Fondunun (FOM) məlumatına əsasən, əgər Rusiyada ən yaxın bazar günü prezident seçkiləri keçirilsəydi, seçicilər Putinə 75% səs verərdilər.



ANS PRESS-in məlumatına görə, "Levada Mərkəzi"nin sosioloqları bildiriblər ki, hazırda V.Putinə rəqib yoxdur.



Tədqiqatlar göstərir ki, insanların 77%-i onun haqqında müvət fikirdədir. Hazırki dövlət başçısı ilə bağlı neqativ düşünənlər 3%, tərəddüd edənlər isə 10% təşkil edir.



FOM-un sorğusuna əsasən, indiki vəziyyətdə seçki keçirilərsə Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski 4%, Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov 3%, Ədalətli Rusiya Partiyasının lideri Serqey Mironov və "Vətəndaş Platforması"nın sabiq lideri biznesmen Mixail Proxorov 1% səs toplaya bilərlər. Respondentlərin 1%-i başqa siyasətçiyə səs verəcəklərini, 1%-i isə bülleteni korlayacaqlarına, 9% iştirakçısı isə seçkilərə getməyəcəklərini bildiriblər.

Mənbə
ANS PRESS