Digər

Putindən sonra yalnız xaos yarana bilər

Metbuat.az

Rusiya Prezidenti Vladimir Putinin birdən-birə televiziya ekranlarından uzaqlaşması və yoxa çıxmasından sonra həm Rusiya, həm də beynəlxalq mətbuatda bir sıra şayiələr çıxdı: Putin devrilib, o vəfat edib, sevgilisinin uşağı olub və s. Çox güman ki, bu, heç nə yox, sadəcə Putinin davam edən sərt tədbirlərində növbəti addımını bildirəcək qeyri-müəyyən bir elan verməsindən əvvəl qısa bir fasilə idi. Ancaq artıq sona çatmış bu susqunluq və şayiələr dövrü bir sıra məsələlərdə öyrədici oldu.

 
Bu məsələlərdən birincisi və ən barizi heç bir təəccüb doğurmamalıdır: Kreml daxilində nə baş verdiyini heç cürə bilə bilmərik. Putinin yoxa çıxması və bunun ardından gələn informasiya boşluğu əvvəl baş vermiş hadisələrdən daha aydın şəkildə göstərdi ki, Kremldən informasiya çıxmasının yeganə yolu var. O da informasiyanın Putin və ya onun mətbuat katibi tərəfindən verilməsidir.
 
İkincisi, Rusiyada siyasi xəbərləri yaradan yalnız bir şəxs var. Putinin yoxluğunun bu qədər müəmmalı olmasının səbəbi də budur. Televiziya xəbərləri də, onunla birlikdə vaxt da sanki dayanmışdı. Heç bir xəbər çıxmaması ilə keçən bir həftədən sonra, həftəsonu Rusiyada TV tamaşaçıları üçün Krımın ilhaqının birinci ildönümünə həsr olunmuş film nümayiş etdirildi. Filmdə Putin Krımın ilhaq edilməsi üçün əməliyyatı qabaqcadan şəxsən hazırlaması və hərbi qüvvələrindən tam şəkildə istifadə etməsi ilə öyünür. Bununla yanaşı burda iki xəbər də göstərilir: yazıçı Valentin Rasputinin vəfatı və Moskvanın tarixi Novodeviçiy Monastrında çıxan dəhşətli yanğın. Yazıçının adının prezidentin adına bənzəməsi ilə monastrın alovlar içində qalan günbəzina baxdıqda hər şey daha dəhşətli görünməyə başlayır.
 
Üçüncüsü, Putin yoxluğu ilə heç kimin qarşısında hesabat verilməməsinin ən aydın nümunəsini göstərdi. Diktatorlar xəstə, yorğun və ya pis əhval-ruhiyyədə ola bilməzlər. Nüvə silahlarını hərəkətə gətirə biləcək şəxsin bir həftə istirahətə çəkilməsinə görə, bütün dünya isteriya içindədirsə, onda vəziyyət heç də yaxşı deyil.
 
Kremldən asılı olmayan bir neçə KİV də daxil olmaqla, Rusiya mətbuatında bariz şəkildə çatışmayan bir şey də var idi: Putin həqiqətən də vəfat etmiş və ya devrilmiş olsaydı, nə başa verə biləcəyinin müzakirəsi. Əslində, “Putinin yeni doğulmuş uşağı” ilə bağlı gedən şayiələrə qarışmayan daha nüfuzlu kütləvi informasiya vasitələrində hamını məşğul edən mövzu ilə əlaqədar rəsmi mətbuatda olduğu kimi çox az məlumat yer aldı. Burda isə Putinsiz keçən bir həftədən götürələcək ən böyük dərs var.
 
Rusiya prezidenti təkcə qərar qəbul etmə prosesinin üzərində yox, eyni zamanda qərar qəbul etmə bacarığı üzərində də tam nəzarəti ələ alıb. Putin öz adına özündən sonrakı dövrü düşünməyi belə rədd edib. Ömürlük prezident vəzifəsində qalmaq planları olduğunu bildirən Putin eyni zamanda heç vaxt ölməyəcəyi inancına uyğun hərəkət edib.
 
Putin prezidentlik müddətini dörd ildən altı ilə qədər uzadaraq Rusiya konstitusiyasında dəyişiklik edib və konstitusiyanın ikimənalı mətnini belə şərh edib ki, o, aralarda fasilə verdiyi müddətdə istədiyi qədər iki dəfə üst-üstə prezident ola bilər. Putin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident oldu. 2008-2012-ci illər arasıda baş nazirlik vəzifəsində fasilə verdi. İndi isə yeni bir fasilə verməsi tələb olunana qədər 2024-cü ilədək prezidentlik vəzifəsində qalacaq. Qəribədir ki, Putin onu prezidentlik vəzifəsində yerləşdirmək üçün sistem qurmu sələfi Boris Yeltsinin qeyri-demokratik fəaliyyəti sayəsində vəzifəyə gəlmişdi.
 
Putin bir vaxtlar Yeltsinin daha gənc və müasir alternativi kimi görünsə də, o, Rusiyanı Orta Əsrlərə qaytarmağa çalışıb. Putin dövlət və kilsəni bir təqib mexanizmində birləşdirməklə və Rusiya əhalisini “ənənəvi dəyərlər” ideyası arxasında səfərbər etməklə qalmadı, eyni zamanda çoxəsrlik dövlət hakimiyyəti anlayışını bərpa etdi. Qədim tiranlar kimi o da özünün ölməz olduğuna inanır. Elə buna görə də, Rusiyanın əsas vəzifələrə namizədlər hazırlanması planı, ehtiyat planı, ümumiyyətlə heç bir planı yoxdur. Buna görə də, mətbuatın nə baş verəcəyi ilə bağlı heç nə deyə bilmir. Moskvalıların Novodeviçiy Monastırında çıxan yanğının niyə bu qədər pis bir şeyə işarə etdiyini düşünmələri təəccüblü deyil.
 
Digər tərəfdən isə Rusiyanın axırıncı dəfə eyni şəkildə özünə arxayın biri tərəfindən idarə edilməsindən bir əsrdən az bir vaxt ötür. İosif Stalin ölüm yatağında olarkəndə Rusiya mətbuatında bir müddət heç bir xəbər çıxmadı. Amerikanın ekspertləri üçün maraqlı olan suallar bunlar idi: Partiyanın uzlaşmayan üzvləri artıq idarəni ələ keçirəcəkmi?; Stalin xüsusi bir xələf seçibmi? Stalinin ölümündən dərhal sonra isə namizədlər haqqında heç bir plan və ya prosedurun olmadığı aşkar oldu. Ard-arda qarışıqlıq yarandı. Bu baxımdan, tarix heç də pis bələdçi deyil. Təxmin edə bilərik ki, Putin vəzifədən getdikdən sonra nə baş verdiyini və ya verəcəyini bilən heç kim olmayacaq.
 
4npress.com