Dünya
ANS PRESS
Putindən gözlənilən səfər
Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanya səfər edib.
ANS PRESS-in məlumatına görə, Putinin Astanada Qazaxıstan və Belarus prezidentləri ilə görüşü planlaşdırılıb.
Kreml mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Putin Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə görüşəcək.
"Tərəflər üç ölkə arasındakı ticarət-iqtisadi münasibətlərini və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparacaqlar”, - deyə açıqlamada bildirilir.
Bundan başqa Kreml mətbuat xidməti qeyd edib ki, görüşdə bir sıra aktual beynəlxalq məsələlər istiqamətində fikir mübadiləsi aparılacaq. Martın 20-də baş tutacaq görüşdə Ukrayna münaqişəsi də müzakirə ediləcək.
MənbəANS PRESS