Putin xəbərləri Peskovu güldürdü
Rusiya prezidenti Vladimir Putinin "yoxa çıxması" barədə xəbərlər onun mətbuat katibi Dmitri Peskovu güldürüb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə,
Peskov Rusiya-Qırğızıstan prezidentlərinin görüüşünün keçirildiyi Konstantinovsi sarayında jurnalistlərin qarşısına çıxıb.
O, Rusiya liderinin son zamanlar ictimaiyyət arasında, sosial şəbəkədə bir neçə gündür görünməməsindən gülüşlə danışıb.
"Generallar tərəfindən tutulmuş və iflic vurmuş prezidenti hamı gördü? Elə indicə İsveçrədən gəldi, hamının dediyi kimi, orada uşaq doğuzdururdu", - deyə Peskov gülüb.
Əcnəbi jurnalistlərin suallarına cavab verən Kreml rəsmisi Putini yoxlamaq üçün xaricdən həkim gəlməsi barədə də təbəssümlə danışıb. "Bəli o da Putini girov götürən generallar arasında olub".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin səhhəti barədə yayılan şayiələrə özü də aydınlıq gətirib. "Dedi qodusuz maraqsız olur", - deyə Putin bildirib. Qırğızıstan prezidenti Almazbek Atambeyov da Putin nəinki gəzdiyini, hətta sükan arxasında maşın qovduğunu deyib.
MənbəANS PRESS