Digər

Putin: “Saakaşvilini ... asacam”

Metbuat.az

Gürcüstan prezidentini Sarkozinin qəti mövqeyi xilas edib

Gürcüstanda baş verən hadisələr zamanı Kremldə Fransa və Rusiya prezidentləri Nikolya Sarkozi və Dmitri Medvedev, eləcə də Rusiyanın baş naziri Vladimir Putin arasında dramatik səhnə olub. Lent.az-ın “Nouvel Observateur” qəzetinə istinadən verdiyi məlumata görə, Sarkozi hərbi əməliyyatların dayandırılmasına və Rusiya qoşunlarının Tiflisi tutmamasına çalışırmış.

Qəzet qeyd edir ki, Fransa xüsusi xidmət orqanları Rusiya qüvvələrinin Tiflisə girərək Saakaşvilini devirmək niyyətində olduqları barədə məlumat əldə ediblər. Sarkozi Moskvanın “oyuncaq” hökumət yaratdığını və hakimiyyəti də həmin hökumətə təhvil verməyə hazırlaşdığını bilirmiş. Onun məqsədi də bu planların qarşısını almaq olub. Görüş zamanı liderlər arasında gərgin söhbət olub.

Putin: Mən bu Saakaşvilini ... (intim bədən üzvünün adını çəkir) asacam.
Sarkozi: Asacaqsan?
Putin: Niyə də yox. Amerikalılar Səddam Hüseyni asmadılar?
Sarkozi: Hə. Amma sən də Buş kimi ad çıxartmaq istəyirsən?
Putin: Bax bunu düz dedin.


Maraqlıdır ki, “Nouvel Observateur” qəzetinə bu məlumatı Yelisey sarayının diplomatik müşaviri Jan-David Levit verib. Onun sözlərinə görə, Sarkozi Rusiya rəhbərliyini bu addımı atmamağa çağıraraq dünyanın buna yol verməyəcəyi ilə bağlı qəti xəbərdarlıq edib: “Bununla da Saakaşvili öz başını və ... (intim bədən üzvünün adını çəkir) xilas etdi”

Fransa radiolarından birinə açıqlama verən Saakaşvili Putinin belə bir hədəsindən xəbərdar olduğunu təsdiq edib. Əsəbi şəkildə gülümsəyən Gürcüstan prezidenti “mənim bu səhnədən xəbərim var idi” deyib: “Amma bütün təfərrüatları bilmirdim. Bu çox gülməli, amma əhəmiyyətsiz bir məsələdir...”