Dünya

Putin naziri sərt tənqid etdi

Metbuat.az
Rusiya müxalifət lideri Boris Nemtsovun qətli ölkəni qarışdırıb

Rusiya müxalifətinin əsas liderlərindən biri olan Boris Nemtsovun qətli səbəbindən

Vladimir Putin

daxili işlər nazirini istefaya göndərə bilər.



Anspress

-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putinin iştirak etdiyi DİN-in kollegiya iclasında nazir

Vladimir Kolokoltsev

i sərt tənqid edilib. Nazir iclasdan dərhal sonra istefaya getmək niyyətində olduğunu nümayiş etdirsə də lakin bu məqamda istefanın özünə baha oturacağını bilib və qərarını ertələyib.



Rusiya mətbuatı yazır ki, DİN-ə yaxın mənbələr yaxın iki həftə ərzində Kolokoltsevin vəzifəsindən uzaqlaşdırılacağını gözləyir.



Qazeta.ru portalının məlumatına görə, yeni nazir

Viktor Zolotov

təyin oluna bilər. Putinin etimad göstərdiyi Zolotov 2000-2013-cü illərdə Rusiya prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri işləyib və hazırda Daxili Qoşunlarının komandanıdır.



Milli.Az