Dünya

Putin maaşları kəsdi

Metbuat.az

Rusiya prezidenti

Vladimir Putin

"Rusiya Prezidenti Administrasiyasının federal dövlət mülki işçilərinin pul təminatı haqqında" fərman imzalayıb.



Trend

-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, fərmanda deyilir ki, 2015-ci il mayın 1-dən dekabrın 31-dək Prezident Administrasiyasının federal dövlət mülki işçilərinin məvacibləri 10 faiz azaldılacaq.



Vladimir Putin həmçinin öz maaşını və baş nazir Dmitri Medvedevin təminat haqqını 10 faiz azaldıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V. Putinin imzaladığı fərmana əsasən, maaşlar martın 1-dən dekabrın 31-dək azaldılacaq.



Bundan başqa, Rusiya baş prokuroru və İstinaq Komitəsi rəhbərinin mükafatları, aylıq pul mükafatları və rüblük pul mükafatları 10 faiz azalma ilə veriləcək.



Milli.Az