Dünya

Putin Astanaya səfər edəcək

Metbuat.az

[ 09 Mart 2015 12:56 ]



Bakı - APA. Rusiya Federasiyasının prezidenti Vladimir Putin martın 12-13-ü Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.

APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Rusiya prezidenti qazaxıstanlı və belaruslu həmkarları Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə görüşəcək.

Məlumatda qeyd edilir ki, tərəflər ticari-iqtisadi əməkdaşlığın mövcud durumunu və perspektivlərini, dünya iqtisadiyyatının hazırkı tendensiyaları fonunda Avrasiya məkanındakı inteqrasiya proseslərini müzakirə edəcəklər.

Bununla yanaşı, hər üç ölkə lideri Ukrayna münaqişəsini də müzakirə edəcək.