Sosial
Biz də belə metro işçilərinə, ümumiyyətlə, peşəsindən asılı olmayaraq ləyaqətli insanlara təşəkkür edirik!
Əfqanə Əliyeva
Milli.Az
Pulqabı və vicdan
Çox vaxt hər hansı əşyamızı itirdikdən sonra onun bir də geri qayıtmayacağını düşünərək taleyimizlə barışmalı oluruq. Xüsusilə bu, qiymətli əşya və ya pulqabıdırsa. Düşünürük ki, kim pulqabını tapıb geri qaytarar bu zəmanədə? Çox adam insanlığın öldüyünü düşünsə də Metropoliten işçisinin etdiyi nümunəvi davranış yanıldığımızı sübüt etməyə yetir.
Bakı Metropoliteninin işçisi
İlyas İlyasovadlı şəxs metro ətrafında bir xanıma aid pulqabı tapır. Ətrafda olan insanlardan ona yaxınlaşıb pulqabının sahibi olduğunu iddia edənlər olsa da, o, sığorta kartının üstündəki ad, soyaddan xanımın kimliyini tapır və pulqabını əsl sahibinə təslim edir.
Bu hadisədən təsirlənən, sevinən xanım Milli.Az vasitəsilə ona təşəkkürünü bildirmək istədi.
Biz də belə metro işçilərinə, ümumiyyətlə, peşəsindən asılı olmayaraq ləyaqətli insanlara təşəkkür edirik!
Əfqanə Əliyeva
Milli.Az