İdman

Prosineçki ilk imtahandan neçə alacaq?

Metbuat.az

Bu gün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.



ANS PRESS-in məlumatına görə, H qrupunda mübarizə aparan Azərbaycan yığması 5-ci matçına çıхacaq.



Robert Prosineçkinin rəsmi debüt matçında rəqib Malta millisi olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21.00-da başlayacaq. Oyunu türk FIFA referisi Halis Özkahya idarə edəcək.



Millimiz bundan əvvəl seçmə mərhələdə keçirdiyi 4 oyunda хal qazana bilməyib. Bolqarıstan və İtaliyaya 1:2, Norveçə 0:1 hesabı ilə yenilən yığmamızı Bolqarıstan darmadağın edib - 6:0. Bu gün qrup sonuncusu olan komandamız ilk хalını və ya хallarını qazana bilər.



Bu gecə H qrupunda daha iki oyun baş tutacaq. Xorvatiya Norveçi, Bolqarıstan İtaliyanı qəbul edəcək.



AVRO-2016


Seçmə mərhələ


H qrupu, V qrup



28 mart


21.00 Azərbaycan - Malta


Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan, Kemal Yılmaz (Türkiyə).


Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (Türkiyə).


Hakim-inspektor: Covanni Boloqnino (İtaliya).


UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).


Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Mənbə
ANS PRESS