Dünya
Prezidentliyə keçmiş namizəddən ana müxalifətə RƏDD CAVABI
Türkiyədə sonuncu prezident seçkiləri zamanı müxalifətin (CHP və MHP)nin ortaq namizədi olan Eklemeddin İhsanoğlu bu il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, E.İhsanoğlu CHP-dən gələn vəkillik təklifini qəbul etməyib.
Bildirilir ki, CHP lideri Kamal Kılıçdaroğlu şəxsən E.İhsanoğluna təkliflə müraciət edib. lakin prezidentliyə keçmiş namizəd artıq siyasətə qarışmaq istəmədiyini deyərək bu təklifi rədd edib.