Digər

Prezidentin ölən müğənni barədə fikri

Metbuat.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün dünyasını dəyişəən məşhur müğənni Erol Büyükburcla bağlı fikirlərini bölüşüb.



ANS PRESS-in məlumatına görə, bu gün pərəstişkarları ilə konsert proqramı planlaşdırılan müğənninin gözlənilməz ölümü prezident üçün qəribə bir hal oalraq qarşılanıb.



“Mərhuma Allahdan rəhmət, yaxınlarına is səbr diləyirəm. Xüsusilə onun nəzərdə tutulan proqramdan bir gün əvvəl həyatdan köçməsi çox düşündürücüdür” – deyə R.T.Ərdoğan bildirib.



Bundan başqa, Türkiyə prezidenti evində ölü olaraq aşkar edilən mərhum müğənninin ölüm səbəbinin tibbi ekspertizadan sonra bəlli olacağını da vurğulayıb.



“Tibbi ekspertizanın nəticəsi elan edildikdən sonra məsələ ilə bağlı lazımi məlumatlar veriləcək”, - deyə o, sözlərinə əlavə edib.



Qeyd edək ki, “Türkiyənin Elvis Preslisi” olaraq qəbul edilən məşhur sənətçi Erol Büyükburç ötən gün səhər saatlarında İstanbuldakı evində ölü halda aşkar edilib.

Mənbə
ANS PRESS