Digər
ANS PRESS
Prezidentdən başsağlığı
Prezident İlham Əliyev Sinqapur Respublikasının prezidenti Toni Tan Kenq Yamaya başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının birinci baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
MənbəANS PRESS