Digər
Milli.Az
Prezident Məmnun Hüseyn: "Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək"
"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir". Bunu Bakıda rəsmi səfərdə olan Pakistan prezidenti
Məmnun Hüseyn TrendBİA, “AzTV” telekanalı və AZƏRTAC-a müsahibəsində deyib.
Prezident bildirib ki, Pakistan Azərbaycanı müstəqil dövlət qismində tanımış ilk ölkələrdən biridir:
“Əvvəldən Azərbaycan dövləti və xalqı ilə çox səmimi münasibətlərimiz olub. Biz Azərbaycanın ədalətli hesab etdiyimiz mövqeyini həmişə dəstəkləmişik”.
M.Hüseyn qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək: “Cammu və Kəşmir məsələlərində bizi həmişə dəstəkləyən Azərbaycan xalqı və hökumətinə təşəkkür edirik və buna görə çox şadıq”.
Milli.Az