Digər
Milli.Az
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏliyevYunanıstan Respublikasının Prezidenti
Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.
Milli.Az
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah diləyirəm".
Milli.Az