Digər
Milli.Az
Prezident İlham Əliyev sinqapurlu həmkarına başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏliyevSinqapur Respublikasının Prezidenti
Toni Tan Kenq Yama başsağlığı məktubu ünvanlayıb.
Milli.Az
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Milli.Az
http://azertag.az/xeber/841211