Ölkə

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

 


Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.


AZƏRTAC

xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.


Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 90 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 7 nəfər isə cərimə cəzasından azad olunub.