Ölkə

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Metbuat.az

Prezident İlham Əliyev İran İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə anasının ölümü münasibətilə başsağlığı məktubu ünvanlayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”