Digər
Milli.Az
Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏliyevBanqladeş Xalq Respublikasının Prezidenti
Md. Əbdül Həmidə təbrik mşəktubu ünvanlayıb.
Milli.Az
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram".
Milli.Az