Ölkə
Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verdi
Prezident İlham Əliyev Almaniya Fedarativ Respublikasının Kansleri Angela Merkele başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında deyilir: “Hörmətli xanım Federal Kansler, "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, bu gün Fransada qəzaya uğrayan Almaniya hava yollarına aid sərnişin təyyarəsində 148 nəfərin həlak olduğu bildirilir.