Dünya
Poroşenko matəm elan edib
Prezident Petro Poroşenko çərşənbə günü Donetskdə Zasyadko adına şaxtada partlayış nəticəsində şaxtaçıların faciəli ölümü ilə bağlı martın 5-ni matəm günü elan edib.
Matəm günü bütün Ukrayna ərazisində günorta həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Ukrayna prezidentinin saytında bildirilir. Bütün ölkə üzrə dövlət hakimiyyət orqanları binaları üzərində Ukrayna dövlət bayraqları endiriləcək.
Milli.Az BBC-yə istinadən bildirir ki, onetsk vilayət dövlət administrasiyası mətbuat xidmətinin məlumatına görə, Zasyadko adına mədəndə partlayış nəticəsində 33 adam ölüb.
Eyni zamanda tanınmamış DXR Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti hal hazırda 23 şaxtaçının cəsədi aşkar edildiyini, daha 9 nəfərin taleyi naməlum qaldığını bildirir, RİA Novosti agentliyinin məlumatında deyilir.
Milli.Az