Polşa səfiri Novruz tədbirində iştirak edib
Bakı, 13 mart,
AZƏRTACMartın 13-də Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
BSU-dan
AZƏRTAC-a bildirilib ki, tədbirdə Polşa Respublikasının Azərbaycandakı səfiri Harek Tsalka və onun xanımı Malgozata Oldakonska Tsalka, habelə səfirliyin konsulu Antonina Michalonska, BSU-nun rektoru, professor Asif Hacıyev, universitetin müəllimləri, polşaşünaslıq üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbirdə Novruz bayramının tarixini, adətlərini əks etdirən, polyak və Azərbaycan dillərində təqdimatlar iştirakçıların marağına səbəb olub. Şən ovqatda keçən bayram tədbirində tələbələr milli rəqslər nümayiş etdirib, Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıblar.
Görüşdən razı qalan qonaqlar BSU-nun rəhbərliyinə, o cümlədən tələbələrə minnətdarlıqlarını bildiriblər.