Dünya
Anspress
Milli.Az
Polislə toqquşma: 11 nəfər öldü
Ölənlərdən 7-si bank oğurluğunda şübhəli bilinirdi
Braziliyada bazar günü polislə yerli quldur dəstələri arasında ölümlə nəticələnən silahlı insident baş verib.
Anspress
-in “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, insident zamanı qruplaşmanın üzvü olan 11 nəfər ölüb, polislərdən isə 2 nəfər yaralanıb.
Xəbərdə deyilir ki, ölənlərdən 7-si bank oğurluğunda şübhəli bilinirdi. Onlar Kurrays-Novus şəhərində zərərsizləşdiriliblər. Cinayətkarların maşınında silah və qumbara tapılıb.
Narkotik alverində şübhəli bilinən daha 4 nəfəri isə polis Rio-de-Janeyroda zərərsizləşdirib. Bundan sonra cinayətkarların gizli məskəni aşkarlanıb ki, oradan odlu silah, qumbara və 1000 patron götürülüb.
Milli.Az