Digər
Polis qəza törətdi
Füzuli rayonunda yol qəzası baş verib.
Milli.Az
Milli.Az xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsindən
APA-ya verilən məlumata görə, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.
Füzuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru
İsa Hacıyevin idarə etdiyi 90 AT 677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü
Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü
Əşrəf Həsən oğlu Şahbazovmüxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az