Polis maşını qəzaya düşdü, beş nəfər yaralandı
İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
APA
-nın xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KİA Sorento” markalı minik avtomobili qarşı tərəfdən gələn, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-795 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə toqquşub.
Hadisə zamanı BMW avtomobilində olan yol polisi əməkdaşları - Göyçay rayon sakinləri - 1967-ci il təvəllüdlü
Mahmud Musayevvə 1987-ci il təvəllüdlü
Vüsal Bilalıyev, eləcə də “KİA Sorento” markalı minik maşınında olan Masallı rayon sakinləri - 1991-ci il təvəllüdlü
Eldar Əbülfəzli, 1991-ci il təvəllüdlü
Məhəmməd Hüseynlivə Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü
Hüseyn Hüseynlimüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Xəsarət alanlardan ikisi daha sonra müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az