Digər

Poçtun damında hovuz (FOTO)

Metbuat.az

Rusiyanın paytaxtı Moskvada damında hovuz olan tikilinin görüntüləri yayılıb.



ANS PRESS-in məlumatına görə, Moskvanın mərkəzi küçələrindən birində yerləşən bir mərtəbəli poçt binasının damında yaranmış gölməçə çəkilib.



Raskovoy döngəsində tipik poçt binasının damında qar əriyib və su boruları axınının öhdəsindən gəlmədiyindən gülməli mənzərə əmələ gəlib.



Yaranmış göl tezliklə ördəklərin sevimli məskəninə çevrilib. İki ördək artıq buranın daimi sakinidir. Şəkil sosial şəbəkədə yayıldıqdan sonra müvafiq orqanlar hərəkətə keçib.



Mənbə
ANS PRESS