Dünya

PKK-çının cənazəsi gətirildi, mağazalar açılmadı

Metbuat.az

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda bu gün ticarət obyektləri açılmayıb.



Müsavat.com

-un məlumatına görə, buna səbəb Kobanidə İŞİD-ə qarşı döyüşdə ölən PKK-çının cənazəsinin rayona gətirilməsidir. Rayonda sadəcə çörək sexi və apteklərin açıq olduğu bildirilib.



PKK-nın Suriya qolu YPG sıralarında döyüşən, kod adı “Rəşid Sərdar” olan Nejat Çeliyin cənazəsi bu gün Tütünlü kəndində torpağa tapşırılacaq.



Milli.Az