Pese liseylerinin buraxilis imtahaninin neticeleri aciqlanib
Bakı, 17 mart,
AZƏRTACTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 15-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
TQDK-dan
AZƏRTAC-a bildirilib ki, nəticələr Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.
Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı səkkizdən, xarici dil və ya kimya fənnindən altıdan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5 min 26 şagirddən 203-ü imtahana gəlməyib. İki şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilərək nəticələri ləğv olunub.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~KQM4X