Dünya
Mənbə
ANS PRESS
Peruda “yol terroru”: 36 ölü (VİDEO)
Peruda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Cənubi Amerika ölkəsi olan Peruda 3 avtobus və bir yük avtomobilinin toqquşması nəticəsində 36 nəfər dünyasını dəyişib.
“Huarmey əyalətində baş verən qəzada 100-ə yaxın adam yaralanıb, vəziyyəti ağır olan 70 nəfər helikopterlə paytaxt Limadakı xəstəxanalara çatdırılıb”, - deyə polis nümayəndəsi Corc Flores bildirib.
Qəzaya səbəb sərnişin avtobuslarından birinin qarşı tərəfdən gələn avtobusun yoluna çıxaması və daha sonra zəncirvari qəzanın yaranması nəticəsində meydana gəlib.
ANS PRESS