Dünya

Peruda torpaq sürüşməsi: 7 ölü

Metbuat.az

Perunun Çosika şəhərində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətlə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Paytaxt Limadan 47 km aralıda yerləşən şəhərdə 65-ə yaxın ev dağılıb. Ölkənin şərqindəki əsas magistral yolu bağlanıb.

Qeyd olunur ki, 1967-ci ildə Çosikada baş verən torpaq sürüşməsi 64 insanın həyatına son qoyub.