Dünya
AZƏRTAC
Peruda sərnişin avtobusunun uçuruma yuvarlanması nəticəsində 21 nəfər həlak olub
Bakı, 31 mart,
AZƏRTACPeruda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusu dərin uçuruma yuvarlanıb.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 30-da Ayakuço əyalətində sərnişin daşıyan avtobus hündürlüyü təxminən bir kilometr olan uçurumdan aşağı düşüb. Qəzanın səbəbləri araşdırılır.
Yerli hökumətin verdiyi məlumata görə, hadisə zamanı 21 nəfər həlak olub, 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, Peru yollarında sonuncu böyük qəza təxminən bir həftə bundan əvvəl baş vermişdi. Həmin qəza zamanı üç avtobus və yük maşını toqquşmuşdu. Nəticədə 38 nəfər həyatını itirmiş, 85 nəfər isə yaralanmışdı.