Dünya

Peruda avtobusun qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 25 xəsarət alıb

Metbuat.az

[ 30 Mart 2015 22:56 ]


Bakı-APA. Perunun cənubundakı Ayakuço bölgəsində avtobusun qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 25 xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ilkin versiyaya görə,  Transporte Sanchez şirkətinə məxsus avtobus Naska-Pukuio yolunun 148-ci km-də dərəyə aşıb. Qəzanın rəsmi səbəbi hələlik açıqlanmayıb. Məlumata görə,  qəzanın baş verdiyi ərazidə güclü yağışlar müşahidə olunur.