Dünya

Pentaqon: ABŞ və Polşa birgə hərbi təlimlər keçirəcək

Metbuat.az

[ 14 Mart 2015 01:26 ]



Bakı-APA. Martın sonunadək ABŞ və Polşa  Silahlı Qüvvələrinin iştirakı ilə Polşa ərazisində hərbi təlimlər keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bildirib.

Onun sözlərinə görə, təlimlərdə o cümlədən “Petriot” zenit-raket komplekslərindən istifadə ediləcək.

“Təlimdə 100-ə yaxın ABŞ hərbçisi və 30 hərbi nəqliyyat vasitəsi iştirak edəcək”, deyə Uorren qeyd edib.