İdman
Milli.Az
Pelleqrini artıq ümidini itirib
"Manchester City"nin baş məşqçisi
Manuel Pelleqrinikomandanın çempion olmasına inanmır. Milli.Az
goal.az-a istinadən xəbər verir ki, çilili mütəxəsis ona qarşı media və azarkeşlər tərəfindən göstərilən təzyiqi də normal hesab edib.
"Fikrimcə, "Manchester City" bu il çempion olmayacaq. Amma istənilən halda sona qədər mübarizə aparacağıq. "Chelsea"nin daha güclü olması fəlakət deyil. Mənə qalanda, komanda uduzanda bütün məşqçilərə təzyiq göstərilir. Eyni şeylər Brendan Rocers, Arsen Venger və Karlo Ançelottinin də başına gəlir".
Milli.Az