İdman
Qol.az
Milli.Az
"Pələng"in ümidləri daşa dəydi
İcarə əsasında “Mançester Yunayted”də çıxış edən
Radamel Falkaomövsümün sonunda sözügedən klubdan ayrılacağını deyib.
Qol.az
-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, müqavilə ilə “Monako”ya məxsus olan hücumçu cari mövsüm “MY”-də əsasən ehtiyatda qalıb və cəmi dörd qol vura bilib.
Kolumbiyalı futbolçu ona az şans verən baş məşqçi
Lui Van Qaalla aralarında problem olmadığını da bildirib: “Mövsümün sonunda hərtərəfli götür-qoy edib düzgün qərar verəcəm. Müntəzəm oynaya biləcəyim bir kluba getməliyəm. Amma hazırda sadəcə “Mançester Yunayted”i düşünürəm. Hər bir baş məşqçi kimi Van Qaal da öz qərarını verir. Mən hər zaman peşəkarcasına çalışıram. Özümü burada rahat hiss edirəm. Sadəcə oynamağa ehtiyacım var”.
Milli.Az