Digər

Paytaxtda qadın sürücü 5 maşını əzdi, piyadanı öldürdü

Metbuat.az

Ötən gün saat 11 radələrində Bakının Binəqədi rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Anspress

-in Daxili İşlər Nazirlyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ə.Naxçıvani küçəsində Gürcüstan vətəndaşı

Samirə Usubova

nın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini

Həsənağa Məmmədov

un idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.



Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış

İntiqam Xəlilov

a məxsus “Hyundai”,

Kamil Məmmədov

a məxsus “BMW” və Göyçay rayon sakini

Seymur Vəliyev

ə məxsus “KİA” markalı avtomobillərə çırpıb.



Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini

Şöhrət Orucov

u vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.



Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Milli.Az